Kartın üstünlükləri

Kartın Üstünlükləri

  • Visa Signature Business AllMiles kartı əldə etdiyiniz zaman Sizə 400 Mil hədiyyə olunacaq (hər yeni açılmış karta görə)
  • Apple Pay və Google Pay ilə ödəniş etmək imkanı;
  • Visa Signature Business AllMiles kartının PULSUZ çatdırılması (şəhərdaxili)
  • Ölkədaxili əməliyyatlara görə hər 20 manat üçün 1 Mil
  • Ölkəxarici əməliyyatlara görə hər 15 manat üçün 1 Mil
  • Visa Signature Business kartının üstünlükləri - https://www.visa.com.az/az_AZ/run-your-business/visa-signature-business.html
  • Heydər Əliyev Beynəlxalq Aeroportuna gediş və gəliş zamanı pulsuz transfer xidməti, ildə 6 dəfə pulsuz istifadə etmək hüququ. Xidməti Telegram Visa Çat-botu vasitəsilə sifariş etmək mümkündür.
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda, sürətli reys qeydiyyatı, baqajın sürətli çatdırılması və aviasiya təhlükəsizliyi, gediş və gəliş zamanı pasport yoxlamasından növbəsiz keçid xidmətindən istifadə edə bilərsiniz. İstanbul, Türkiyə (IST); Larnaka, Kipr Respublikası (LCA); Milan-Malpensa (MXP) və Milan-Berqamo (BGY), İtaliya; Roma-Fiumiçino (FCO) və Roma-Çampino (CIA), İtaliya; Barselona, İspaniya (BCN); Qran Kanariya (LPA), Palma (PMI), Alikante (ALC), Valensiya (VLC), Malaqa (AGP), İspaniya Hava Limanlarında “Fast Track” xidmətindən ildə 4 dəfə pulsuz istifadə edə bilərsiniz. Xidmətdən istifadə etmək üçün Telegram, WhatsApp və ya Viber vasitəsilə Visa Concierge Çat botuna girin, Visa Travel menyusunu seçin və "FastTrack" düyməsini sıxın.
  • 1300-dən çox biznes-zalı, ildə 4 dəfə ödənişsiz şəkildə ziyarət etmək imkanı. 5-ci ziyarətin, həmçinin, bundan sonrakı ziyarətlərin və yol yoldaşlarınızın ziyarətlərinin qiyməti 32 ABŞ dolları təşkil edəcək
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda Premium Private Check-in xidməti - hava limanına rahat transfer, VIP keçid və fərdi qeydiyyat. İldə 1 dəfə pulsuz istifadə etmək hüququ. Xidməti Telegram Visa Çat-botu vasitəsilə sifariş etmək mümkündür.
  • Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalında biznes klass zalında reysi gözləmək imkanı – ildə 1 dəfə pulsuz istifadə hüququ. Xidməti Telegram Visa Çat-botu vasitəsilə əvvəlcədən sifariş etmək mümkündür.
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda 1-ci Terminalda uçub getmə zonasında “Premium Bank Lounge” biznes-zalını ildə 10 dəfə ödənişsiz şəkildə ziyarət etmək imkanı. Bundan sonrakı ziyarətlərin və yol yoldaşlarınızın ziyarətlərinin qiyməti 24 ABŞ dolları, 2-12 yaşa qədər sərnişinlər üçün isə 12 ABŞ dolları təşkil edəcək. (2 yaşadək uşaqlara giriş pulsuz olacaq).
  • Rominqda 2GB internet hədiyyə (4 dəfə). İstifadə etmək üçün Telegram-da Visa çatbotuna daxil olub, “Azercell Rouminq” düyməsinə basmaq və təlimatlara əməl etmək lazımdır.
  • Dünyanın istənilən ölkəsində 24/7 rejimində “Visa Signature Concierge” servisi. Çağrı Mərkəzi: +380 44 499 39 75
  • “Digital Concierge” (chatbot) - Çatbot konsyerji sizin şəxsi köməkçinizdir və sizə 24/7 rejimində xidmət etməyə hazırdır. Siz 3 messencerə (Telegram, Whatsapp, Viber) qoşula bilərsiniz. Azərbaycan, ingilis və rus dillərində xidmət imkanı təqdim edilir.
  • Tibbi dəstək və sığorta dəstəyi: Səyahət zamanı tam sığortalanma (tibbi yardımın göstərilməsi ilə bağlı xərclər, bədbəxt hadisə, reysin ləğv edilməsi və ya gecikməsi, avtomobilin icarəsi zamanı üçüncü şəxslər qarşısında məsuliyyət, baqajın gecikməsi, ekstremal idman növləri ilə məşğul olarkən alınmış travmalar və sığorta xidmətlərinin digər növləri). Sığorta təminatı həmçinin kart sahibi ilə birlikdə səyahət edən həyat yoldaşına və uşaqlara (5 nəfərə qədər) şamil edilir. Çağrı Mərkəzi: +380 44 499 39 75 - https://cardholderbenefitsonline.com/
  • Qlobal Müştəri Dəstək Xidməti - (İtirilmiş kartların 24/7 rejimində bloklanması, Bütün dünya üzrə 27000 məntəqədə nağd vəsaitlərin təcili verilməsi, Kartın 24 saat ərzində təcili dəyişdirilməsi, Kart sahiblərinin suallarının 24/7 rejimində cavablandırılması). Çağrı Mərkəzi: +380 44 499 39 75
  • Səyahət edənlərə beynəlxalq tibbi yardım və informasiya yardımı – (tibbi məsləhət, həkim çağırışı, təyinat ölkəsində peyvəndləşdirmə barədə məlumat, qaldığı ölkədə tibb müəssisələri barədə məlumat)
  • Reysin, baqajın gecikməsinin kompensasiyası və alışların qorunması. Sığortanın qüvvəyə minməsi üçün nəqliyyatı və/və ya yaşayış yerini premium Visa kartınızla ödəmək vacibdir (bu zaman kartdakı ad biletlərdəki və/və ya bronlaşdırmadakı adla üst-üstə düşməlidir).
  • Accounting.az tərəfindən mühasibatlıq məsləhəti (ildə 4 dəfə). Xidməti Telegram Visa Çat-botu vasitəsilə əvvəlcədən sifariş etmək mümkündür.
  • Quick Digital-dan reklam menecmentinin ödənişində 20% endirim. Ümumi illik endirim ekvivalenti: Linkdeln Ads 900 usd, Meta Ads 1200 usd, X ads 800 usd, Google Ads 1000 usd-yə qədər
  • Azərbaycanda endirimlər və xüsusi təkliflər - https://www.visa.com.az/az_az/visa-offers-and-perks
  • “Visa Luxury Hotel Collection” proqramına daxil olan otellərdə eksklüziv xidmətlər ‒ https://www.visaluxuryhotels.com/
  • Dünya miqyaslı şirkətdən avtomobillərin icarəsinə 35% endirim ‒ http://www.avisworld.com/visa
  • https://www.agoda.com/ Agobda saytında otellərin bronlaşdırılmasına 12% endirim.
Müddət
Qiymət

200 AZN

Kartı sifariş et

Visa Signature Business AllMiles

Visa Signature Business AllMiles kartı sahibkarların gündəlik biznes ehtiyacları ilə beynəlxalq səviyyəli imtiyazları birləşdirən yeni nəsil ultra-premium biznes kartıdır. 

Tez-tez işgüzar səfərlər edən və işçilərini ezamiyyətə göndərən, xərcləri artan və xüsusi rahatlığa öyrəşən hər kəs üçün uyğundur. Məhsul biznes müştərilərinə xərclərini daha səmərəli idarə etmək, gündəlik əməliyyatlardan əlavə dəyər qazanmaq və həm yerli, həm də qlobal tərəfdaş şəbəkəsinin təqdim etdiyi üstünlüklərdən faydalanmaq imkanı yaradır.

“Visa Signature Business AllMiles” kartlarının üstünlükləri nələrdir?

  • Asan mil toplama: Kartınızla hər yerdə ödənişlər edin və bütün imtiyazlarından istifadə edərək avtomatik olaraq millər qazanın.
  • Ekstra millər qazanma imkanı: Tətbiq daxilində partnyor brendlərin təklifləri ilə tanış olub ekstra millər toplayın.
  • Məşhur aviaşirkətlərin mil aviabileti almaq imkanı: 10-dan çox aviaşirkətin biletlərini millər ilə əldə edilməsi.
  • Millərin digər şəxsin adına rəsmiləşdirilməsi: Toplanmış millərlə alınan aviabiletlər yalnız istifadəçinin adına deyil, istənilən şəxsin adına hətta azyaşlı uşaqlara da rəsmiləşdirilə bilər.
  • Rahat istifadə imkanı: “AllMiles” mobil tətbiqi daxilində mil balansı və yeniliklər haqqında məlumat almaq, partnyor brendlərin təkliflərini izləmək, mil aviabiletinin onlayn əldə etmək və s. kimi imkanların mövcud olması.
  • Kartlarda olan əsas imtiyazlar: Hədiyyə millər, Hava Limanı transfer (GYD), Fast Track (GYD/Avropa), Biznes zallar, Səyahət sığortası, Rominqda internet, 24/7 dijital konsyerj, xüsusi endirim təklifləri, kredit və s. 

Visa Signature Business AllMiles - biznes xərclərini səyahət dəyərinə çevirən premium həll.

“AllMiles” tətbiqini yüklə: https://onelink.to/allmiles

Aşağıda qeyd olunan әmәliyyatlara görә millәr hesablanmır:

  • Bütün dövlət büdcəsi ödənişləri, gömrük, vergi, DYP ödənişləri;
  • Kredit ödәnişlәri (APUS vasitәsi ilә ödәnilәn ipoteka kreditlәri istisnadır);
  • Hesaba mәdaxil vә sığorta ödәnişlәri;
  • Bankın Tariflәrinә uyğun olaraq komissiyaların silinmәsi;
  • Maliyyә institutları üzrә ödәnişlәr;
  • Birja ödәnişlәri (Forex, qiymәtli kağızlar birjası, kriptovalyuta birjası);
  • Yerli vә xarici lotereyalar üzrә ödәnişlәr;
  • Mәhkәmә qәrarları vә ya inzibati orqanların sәrәncamları ilә müәyyәn edilmiş qanuni ödәnişlәr (aliment ödәnişlәri, vergi sәrәncamları vә s.).

 





Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti