Müraciət

Müraciətlərə Baxılma Bölməsinin işi bank xidmətləri istehlakçılarının hüquqlarının səmərəli müdafiə mexanizmlərinin formalaşdırılması, istehlakçılarla münasibətlərin tənzimlənməsi, müraciətlərinə baxılması və cavablandırılması, istehlakçılarla mübahisələrin operativ və effektiv həll edilməsi işlərini təşkil etmək, bununla da istehlakçılarla bank arasında yarana biləcək hüquqi mübahisələrin qarşısının alınmasına, banka ictimai inamı gücləndirməyə və nüfuz risklərinin azaldılmasına nail olmaqdan ibarətdir. İstehlakçıların müraciətlərinin qəbulu aşağıdakı formalarda həyata keçirilir: 

Şifahi müraciət 

  • Banka birbaşa yaxınlaşmaqla (iş günləri saat 9:00-dan 17:00-dək); 
  • Bankın qaynar xətt nömrəsinə zəng vurmaqla 012 931012 404 80 00 daxili 9557 

Yazılı müraciət

  • Yazılı müraciəti birbaşa Banka təqdim etməklə; 
  • Bakı şəhəri, Nərimanov rayonu, ak. Həsən Əliyev 131A ünvanında yerləşən baş ofisinə və ya hər hansı filial və ya bölməsinə birbaşa yaxınlaşaraq təqdim etməklə. 

Online müraciət

Müraciətlərə baxılma bölməsinin rəhbəri, Məmmədova Sonaxanım Fərid qızı: +994992050013 / S.Mammedova@premiumbank.az

İstehlakçıların müraciətləri ən geci 15 iş günü ərzində cavablandırılır və bölmə tərəfindən göndərilir. İstehlakçıların müraciətlərinə cavablar imza səlahiyyəti olan İdarə Heyətinin üzvü tərəfindən imzalanır. Hərəkətlərindən şikayət edilən şəxs müraciətləri cavablandırmır. İstehlakçıların müraciətləri əlavə araşdırma tələb edərsə müraciətlərin cavablandırılması uzadıla bilər. Bu zaman, bölmə tərəfindən istehlakçıya araşdırmanın gecikmə səbəbləri, atılacaq növbəti addımlar və cavabın hazır olacağı son tarix aydın şəkildə izah olunur. Araşdırma zamanı əlavə sənədlərin təqdim olunması tələb olunursa bununla bağlı istehlakçıya məlumat verilməli, sənədlərin təqdim olunması üçün son tarixlər göstərilməlidir. 

İstehlakçılar Bankın cavabı ilə razılaşmadıqda və şikayətin yenidən araşdırılması məqsədi ilə Banka təkrar müraciət edə bilərlər. İstehlakçılar yenidən Bankın cavabı ilə razılaşmadıqda Azərbaycan Respublikasının Mərkəzi Banka (telefon vasitəsi ilə qaynar xəttə +99412 966), poçt vasitəsi ilə AZ1000, Azərbaycan Respublikası Bakı şəh., Bülbül prospekti, 27 ünvanına) və ya məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

 

 

183.26 KB PDF
2015-ci il ərzində istehlakçıların müraciətlərinin statistikası
10.97 KB XLSX
2016-cı il ərzində istehlakçıların müraciətlərinin statistikası
11.57 KB XLSX
2017-ci il ərzində istehlakçıların müraciətlərinin statistikası
11.58 KB XLSX
2018-ci il ərzində istehlakçıların müraciətlərinin statistikası
10.71 KB XLSX
2019-ci il ərzində istehlakçıların müraciətlərinin statistikası
10.61 KB XLSX
2020-ci il ərzində istehlakçıların müraciətlərinin statistikası
12.01 KB XLSX
2021-ci il ərzində istehlakçıların müraciətlərinin statistikası
9.73 KB XLSX
2022-ci il ərzində istehlakçıların müraciətlərinin statistikası
10.32 KB XLSX
2023-ci il ərzində istehlakçıların müraciətlərinin statistikası
854.18 KB PDF
İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar
838.80 KB PDF
İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydaların Qısa İcmalı
12.69 KB XLSX
2024-cü il ərzində istehlakçıların müraciətlərinin statistikası
9.62 KB XLSX
2025-ci ildə Premium Bank ASC-yə daxil olan Müraciətlərin Statistik Göstəriciləri
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti