Fərhad Baxşəliyev “Premium Bank” ASC-nin İdarə Heyətinin sədri təyin edilib

19 November 2025

“Premium Bank” ASC-nin Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Fərhad Baxşəliyev Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Fərhad Baxşəliyev 6 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İnzibati idarəetmə” fakültəsində “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə Magistr dərəcəsi ilə tamamlayıb.

Peşəkar fəaliyyətinin böyük hissəsini Azərbaycan Mərkəzi Bankında keçirən Fərhad Baxşəliyev 13 ildən artıq müddətdə qurumda müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ildən “Premium Bank”da Audit Komitəsinin sədri, 2023-cü ilin dekabr ayından isə həm də Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərib.

Qeyd edək ki, “Premium Bank” 1994-cü ildən fəaliyyət göstərir və Bankın nizamnamə kapitalı 174,6 milyon manat təşkil edir.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti