Kartlara mədaxil əməliyyatları üzrə komissiyaların tətbiqi barədə məlumat

31 Mart 2026

Hörmətli müştərilər,

01 aprel 2026-cı il tarixindən etibarən, Paşapay (MilliÖN, M10) və M-Pay (E-manat) ödəniş terminalları və həmən şirkətlərə aid pul kisələri vasitəsilə nağd mədaxil əməliyyatları həyata keçirilərkən, həmin ödəniş operatorları tərəfindən 1% məbləğində komissiya tətbiq ediləcəkdir.

Qeyd edirik ki, sözügedən komissiya “Premium Bank” ASC tərəfindən deyil, müvafiq ödəniş operatorları tərəfindən müəyyən edilir və tətbiq olunur.

“Premium Bank” ASC-nin müştəriləri aşağıdakı üsullar vasitəsilə kartlarına vəsait mədaxilini komissiyasız həyata keçirə bilərlər:

  • Bankın ATM şəbəkəsi
  • Premium Pay ödəniş terminalları
  • Bankın baş ofisi və filialları

“Premium Bank” ASC-nin müştəriləri tərəfindən aşağıdakılar nəzərə alınmalıdır:

  • Kənar ödəniş terminalları vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə tətbiq olunan komissiyalar həmin operatorların tarif siyasətinə uyğun olaraq müəyyən edilir.
  • Komissiya məbləği və tətbiq şərtləri ödəniş operatorları tərəfindən dəyişdirilə bilər.
  • Əməliyyat həyata keçirilməzdən əvvəl müvafiq terminalda komissiya barədə məlumat istifadəçiyə təqdim olunur.

Əlavə suallarınız yarandıqda, bizimlə əlaqə saxlaya bilərsiniz:

  • Telefon: 931
  • WhatsApp: +994 55 440 80 00
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti