Premium Bank-da xidmət keyfiyyətində daha bir uğur

28 İyul 2026

Premium Bank müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin davamlı inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlərlə növbəti uğura imza atıb.

Ay ərzində filialların fəaliyyət göstəriciləri və müştərilərə təqdim olunan xidmət keyfiyyəti üzrə aparılan daxili qiymətləndirmənin nəticələrinə əsasən, 1 saylı Premium Bank filialı ən yüksək nəticə göstərərək fərqlənib.

Əldə olunan nəticə filial əməkdaşlarının peşəkarlığını, müştəri yönümlü yanaşmasını və yüksək xidmət standartlarına sadiqliyini bir daha təsdiqləyir.

Premium Bank müştərilərinə etibarlı, operativ və yüksək keyfiyyətli xidmət təqdim etmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu uğurun əldə olunmasında əməyi olan bütün əməkdaşlarını təbrik edir və gələcəkdə də xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirir.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti