“Premium Bank” və “Visa” əməkdaşlığı çərçivəsində yeni mərhələ – filialımız kobrend formatında fəaliyyətə başladı.

03 Sentyabr 2025

Premium müştəri təcrübəsini daim inkişaf etdirməyi hədəfləyən Premium Bank ASC, qlobal ödəniş texnologiyaları lideri Visa ilə əməkdaşlıq çərçivəsində Nizami küçəsi, 86 (yenilənmiş 142A) ünvanında yerləşən 1 saylı filialını kobrend formatında yeniləyərək fəaliyyətini davam etdirir. 

Bu təşəbbüs ölkədə innovativ bank xidmətlərinin genişləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilə bilər.

Filialın yenilənməsi müştəri yönümlü bankçılıq yanaşmasının və rəqəmsal transformasiya strategiyasının bir hissəsi olaraq həyata keçirilib. 

Müasir tələblərə cavab verən məkan dizaynı, yüksək texnologiyalarla təchizat və xidmət keyfiyyətinin artırılması bu təşəbbüsün əsas məqsədləri sırasındadır.

Yenilənmiş filialda həm fiziki, həm də hüquqi şəxslər üçün geniş çeşiddə bank xidmətləri təqdim olunur. Müştərilərə həftəiçi günlərdə 09:00-dan 17:00-dək xidmət göstərilir. Eyni zamanda, ATM və Cash-In zonası 24/7 rejimində fəaliyyət göstərir ki, bu da bank xidmətlərinə istənilən vaxt çıxış imkanı yaradır.

Filialın dizaynı və texnoloji infrastrukturu müştərilərin gündəlik bank əməliyyatlarını daha sürətli, rahat və təhlükəsiz şəkildə həyata keçirməsini təmin etmək məqsədi daşıyır. 

Premium Bank və Visa arasında olan əməkdaşlıq çərçivəsində reallaşdırılan bu yenilik, həm bank sektorunda xidmət keyfiyyətinin artırılması, həm də ölkədə nağdsız ödəniş infrastrukturunun inkişafı baxımından önəmli bir addım hesab olunur.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti