Premium Bank və Zhejiang Chouzhou Commercial Bank arasında strateji əməkdaşlıq!

30 İyul 2025

Premium Bank, Zhejiang Chouzhou Commercial Bank ilə strateji əməkdaşlığa başlayaraq, müxbir hesabı açmış və beynəlxalq maliyyə əməliyyatlarının daha effektiv həyata keçirilməsi üçün geniş imkanlar yaratmışdır. Bu əməkdaşlıq, hər iki bankın maliyyə xidmətlərinin daha geniş auditoriyaya təqdim edilməsini və əməliyyatların asanlaşdırılmasını təmin edəcəkdir.

Zhejiang Chouzhou Commercial Bank, Çin bazarında mövcud olan aparıcı maliyyə institutlarından biridir. Bu əməkdaşlıq, Premium Bank-a Çin bazarına daha rahat giriş imkanı verəcək və həmçinin hər iki bankın beynəlxalq maliyyə əməliyyatlarında qarşılıqlı əlaqələrini artıracaqdır. Zhejiang Chouzhou Commercial Bank-ın güclü beynəlxalq əlaqələri və təcrübəsi, Premium Bank-ın beynəlxalq şəbəkəsini genişləndirərək maliyyə xidmətlərinin keyfiyyətini artıracaqdır.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti