Hüquq departamentinin Məhkəmə işləri bölməsinin aparıcı mütəxəssisi


İşin təsviri:
•    Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
•    Müqavilələrin hüquqi ekspertizasının aparılması;
•    Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırılması və tətbiqi ilə bağlı yaranmış sualların cavablandırılması;
•    İdarə Heyətinin protokollarının hazırlanması və uçotun aparılması;
•    Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
•    Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
•    Hüquq departamentinə daxil olan sorğuların cavablandırılması və görülmüş işlərin uçotunun aparılması;
•    Bankın aidiyyəti struktur bölmələrinin işçilərinə etibarnamələrin hazırlanması;
•    Bankın struktur bölmələrinin iş fəaliyyətində hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylərin və/ və ya məsləhətlərin verilməsi;
•    Bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi.

Namizədə dair tələblər:
•    Ali hüquqi təhsilinin olması;
•    Azərbaycan Respublikasının bank, mülki, mülki-prosessual, əmək qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi normativ xarakterli aktlarının hüquq əsaslarının bilməsi;
•    Mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi;
•    Yüksək qavrama və öyrənmə qabiliyyəti;
•    İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
•    MS Office proqramlarından istifadə etmə bacarığı;
•    Bank və kredit təşkilatlarında hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübənin olması arzuolunandır;
•    Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
•    Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək.

İş şəraiti:
•    İş saatı 09:00-dan 18:00-dək 
•    İstirahət günləri: şənbə və bazar günləri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Aparıcı hüquqşünas” qeyd etməklə cv@premiumbank.az. e-poçt ünvanına göndərə bilərlər.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti